Вернуться назад Распечатать

Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

1xeber.media xəbər verir ki, Azərbaycanın aparıcı içki markalarından biri olan “Bizon”un yay mövsümündə həyata keçirdiyi “13 həftə, 13 avtomobil” lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı “Changan Q05” avtomobilinin sahibi olub.

İyunun 1-dən avqustun 30-dək davam edən kampaniya istehlakçılar arasında böyük maraqla qarşılanıb və Azərbaycanın qida sektorunda keçirilən lotereyalar arasında rekord iştirak göstəricisi ilə seçilib.

Kampaniya müddətində istehlakçılar lotereya dizaynlı “Bizon” məhsullarını əldə edərək qapağın altındakı xüsusi kodları qeydiyyatdan keçirməklə həftəlik tirajlarda iştirak etmək imkanı qazanıblar.

Lotereyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tirajların açıq və şəffaf şəkildə keçirilməsi olub. Hər həftənin qalibi “Bizon Energy” YouTube kanalında təşkil olunan canlı yayımda müəyyənləşdirilib. İştirakçılar seçim prosesini real vaxt rejimində izləyə biliblər.

Kampaniya çərçivəsində avtomobil qazanan 13 qalibin adları belədir:

I həftə – Fuad Zeynalov
II həftə – Teymur İsmayılov
III həftə – Kənan Məlikli
IV həftə – Tahir Allahverdiyev
V həftə – Nəsimi Quliyev
VI həftə – Salman Səmədov
VII həftə – Xanım Həmidova
VIII həftə – Tamerlan Əsədov
IX həftə – Əfsanə Əhmədzadə
X həftə – İlqar Mustafayev
XI həftə – Rasim Qasımov
XII həftə – Mətanət Abbasova
XIII həftə – Məleykə Nəsibova

Bütün qaliblərə qazandıqları “Changan Q05” avtomobilləri rəsmi şəkildə təhvil verilib. Beləliklə, 13 həftə davam edən kampaniya 13 avtomobilin 13 fərqli qalibə təqdim olunması ilə uğurla yekunlaşıb.

“13 həftə, 13 avtomobil” kampaniyası “Bizon”un istehlakçılarla birbaşa ünsiyyətini və onların marka ilə bağlı təcrübəsini gücləndirən layihələrdən biri kimi yadda qalıb. Kampaniyanın geniş auditoriya tərəfindən izlənilməsi, tirajların canlı yayımlanması və qaliblərin hər həftə şəffaf şəkildə müəyyənləşdirilməsi lotereyaya marağın davamlı olaraq qorunmasına imkan verib.

Qeyd edək ki, “Bizon” bundan əvvəl də istehlakçılar üçün müxtəlif kampaniya və layihələr həyata keçirərək markanın dinamik və enerjili kommunikasiya xəttini davam etdirib. “13 həftə, 13 avtomobil” lotereyası isə təqdim olunan mükafatların miqyası, 13 həftəlik fasiləsiz tiraj prosesi və iştirakçıların yüksək marağı ilə markanın ən diqqətçəkən kampaniyalarından birinə çevrilib.