Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.
1xeber.media DİN-ə istinadla xəbər verir ki, tiktokerlərin iştirakı ilə təşkil edilən və qaliblərə 10 min manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması narazılığa səbəb olub.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini və digərləri saxlanılıblar.
Oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.