Вернуться назад Распечатать

Hindistanda tanker heyətinə ümid

1xeber.media xəbər verir ki, may ayından Hindistanda həbsdə saxlanılan “Unity” tankerinin heyətinin Rusiyaya qaytarılması ilə bağlı növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.

Bu barədə Rusiyanın Kəlküttədəki Baş Konsulluğu məlumat yayıb. Konsulluğun bildirdiyinə görə, gəmi hazırda Paradip limanından təxminən 10 kilometr aralıda lövbərdə dayanıb.

Hindistan tərəfi heyətin repatriasiyasını yeni heyətin gəmiyə gətirilməsi məsələsi ilə əlaqələndirir.

Tanker göyərtəsində 20 Rusiya vətəndaşı, bir Qazaxıstan vətəndaşı və iki Misir vətəndaşı olmaqla ümumilikdə 23 nəfər var. Konsulluq heyətin ərzaq və içməli su təminatının sentyabrın sonunadək çatacaq səviyyədə olduğunu bildirib.