Вернуться назад Распечатать

Slovakiyadan Aİ-yə Ukrayna iradı

1xeber.media xəbər verir ki, Slovakiyanın xarici işlər naziri Yuray Blanar Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Avropa Parlamentindəki çıxışında Ukrayna münaqişəsinin sülh yolu ilə həllindən danışmamasını tənqid edib.

Blanar bildirib ki, çıxışda Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi vurğulansa da, sülhə nail olmaq və sülh təşəbbüslərinə qoşulmaqla bağlı heç bir fikir səsləndirilməyib.

Slovakiyalı nazir Avropa İttifaqının münaqişənin başa çatdırılması ilə bağlı danışıqlar masasında iştirak etmədiyini də qeyd edib.

Qeyd edək ki, fon der Lyayen daha əvvəl Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün mühüm komponentlərin alınmasına icazə verilməsini dəstəkləyib və Kiyevə 3,2 milyard avroluq yeni maliyyə tranşının ayrılacağını açıqlayıb.