1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Dövlət İdarəçilik Akademiyasında rus dili kurslarına getməyə başladığını açıqlayıb.
Paşinyan bu barədə hökumətin iclasında danışıb. O, dövlət idarəçiliyində çalışan bütün əməkdaşlar üçün ingilis dilinin məcburi öyrənilməsi təklifinə münasibət bildirərkən rus dili kurslarına qatıldığını deyib.
Baş nazir qeyd edib ki, dövlət qulluqçuları müxtəlif xarici dilləri, o cümlədən yapon, Çin, ispan və alman dillərini də seçə bilərlər.