Вернуться назад Распечатать

"Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

 Dövlət başçısı: Azərbaycanın bütün ikitərəfli və çoxtərəfli xarici siyasət gündəliyinin mərkəzində Türk dünyası dayanır

1xeber.media xəbər verir ki,prezident İlham Əliyev TDT nümayəndə heyəti ilə görüşündə Azərbaycanın strateji xarici siyasət kursunun mütləq prioritetlərini bəyan edib.

Azərbaycan dövlətinin rəsmi mövqeyini və özünün andiçmə mərasimindəki “Bizim ailəmiz Türk dünyasıdır” tezisinixatırladan lider, rəsmi Bakının bütün ikitərəfli gündəliyinin ilk növbədə türk dövlətləri ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xidmət etdiyini bildirib.

 Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi qardaş ölkələrlə birgə investisiya fondları yaratdığını, qarşılıqlı sərmayə qoyuluşlarının fəal mərhələyə qədəm qoyduğunu deyən dövlət başçısı, bu tərəfdaşlığın həm iqtisadi, həm də siyasi cəhətdən regionda tamamilə yeni bir konfiqurasiya formalaşdırdığını xüsusi qeyd edib.