Вернуться назад Распечатать

"Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

İlham Əliyev gənclərin yad ideologiyalardan qorunmasını və milli prinsiplər əsasında böyüməsini mühüm vəzifə adlandırıb

1xeber.media xəbər verir ki,Azərbaycan Prezidenti İlham Əliyev qloballaşmanın gətirdiyi mənfi təsirlər, müasir çağırışlar və hibrid ideoloji təhdidlər fonunda gənc nəslin tərbiyəsinin strateji əhəmiyyətini önə çəkib. 

Dövlət başçısı bildirib ki, hər bir ölkənin gələcək müstəqilliyinin, daxili sabitliyinin və suverenliyinin dayanıqlı olması birbaşa gənclərin milli köklərə nə dərəcədə bağlı olmasından asılıdır. Gənc nəslin yad təsirlərdən, zərərli ideoloji axınlardan qorunması, onların vətənpərvərlik, milli-mənəvi prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması türk dövlətlərinin və cəmiyyətlərinin qarşısında duran ən mühüm və təxirəsalınmaz vəzifələrdən biridir. Prezident bu istiqamətdə birgə təhsil və mədəniyyət layihələrinin mühüm rol oynaya biləcəyini ifadə edib.