Вернуться назад Распечатать

Azərbaycan Prezidenti: Sərhədlərimiz perimetri boyunca ciddi münaqişələr gedir, regional təhlükəsizlik əsas prioritetdir

"Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

1xeber.media xəbər verir ki,Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşündə regionda cərəyan edən kəskin hərbi-siyasi prosesləri dərindən təhlil edib.

Azərbaycanın coğrafi mövqeyinə və sərhədlərinin həm şimal, həm də cənub perimetri boyunca uzunmüddətli müharibələrin, münaqişələrin getdiyinə diqqət çəkən dövlət başçısı, regional təhlükəsizlik məsələlərinin həmişəkindən daha böyük və mühüm əhəmiyyət kəsb etdiyini bəyan edib. Ali Baş Komandan risklərin və təhdidlərin getdikcə hibrid xarakter aldığını, buna görə də türk dövlətlərinin kəşfiyyat və təhlükəsizlik qurumları arasında operativ məlumat mübadiləsinin və birgə əməkdaşlıq mexanizmlərinin maksimum dərəcədə gücləndirilməsinin vacibliyini önə çəkib.