Вернуться назад Распечатать

"Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

İlham Əliyev: Azərbaycan cəmiyyətinin gücü və daxili sabitliyi milli-mənəvi dəyərlərə sadiqlikdən qaynaqlanır.Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbulu zamanı bildirirb.

1xeber.media xəbər verir ki,Prezident İlham Əliyev ölkəmizin daxili inkişaf dinamikası, cəmiyyətin monolitliyi və sosial sabitliyi barədə danışarkən milli sütunların əhəmiyyətini diqqətə çatdırıb. Azərbaycanın xarici təzyiqlərə və qloballaşmanın gətirdiyi mədəni aşınmalara qarşı öz milli kimliyi ilə möhkəm müqavimət göstərdiyini deyən dövlət başçısı, ölkədə mənəvi dəyərlərə, tarixi ənənələrə və çoxəsrlik həyat tərzimizə sadiqliyin başlıca tendensiya olduğunu vurğulayıb. Prezident qeyd edib ki, məhz bu milli bağlılıq, xalq ilə dövlətin sarsılmaz birliyi Azərbaycanın qazandığı tarixi qələbələr