Вернуться назад Распечатать

Finlandiyadan Ukraynaya yeni dəstək paketi

1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın ölkəsinə hazırladığı yeni dəstək paketinə görə prezident Aleksandr Stubba təşəkkür edib.

Zelenski bildirib ki, Stubb ilə görüşdə Finlandiyanın hazırladığı dəstək paketi müzakirə olunub və onu “çox güclü paket” adlandırıb.

Tərəflər Avropadakı diplomatik vəziyyəti, ABŞ və Avropa tərəfdaşları ilə əməkdaşlığın perspektivlərini, həmçinin Ukrayna-Finlandiya münasibətlərini müzakirə ediblər.

Zelenski Finlandiyaya və onun prezidentinə Ukraynaya münasibətdə “dəyişməz ədalətli mövqeyinə” görə təşəkkür edib.