Вернуться назад Распечатать

Prezident İlham Əliyev BMT-nin və beynəlxalq hüququn ikili standartlarını kəskin şəkildə tənqid edib

"BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu, Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin müşaviri Mehmet Ağanı qəbulu zamanı deyib.

Prezident İlham Əliyev dünyada beynəlxalq hüququn böhranı və qlobal təhlükəsizlik institutlarının zəifləməsindən danışarkən BMT Təhlükəsizlik Şurasının fəaliyyətinə dair çox kəskin və ədalətli tənqidlər səsləndirib. Dünyada böyük dövlətlərin maraqlarına uyğun gələn BMT qətnamələrinin cəmi bir neçə günə, bəzən isə bir neçə saata icra olunduğunu, lakin Azərbaycana aid məlum 4 qətnamənin tam 30 il kağız üzərində qaldığını xatırladan dövlət başçısı qeyd edib:

“BMT sistemi normal fəaliyyət göstərsəydi,ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq”. Azərbaycanın öz hərbi-siyasi gücü və şəhidlərinin qanı hesabına beynəlxalq ədaləti təkbaşına bərpa etdiyini deyən lider, beynəlxalq hüququn bu cür seçici tətbiqinin qlobal təhlükəsizlik arxitekturasına vurulmuş ən böyük zərbə olduğunu vurğulayıb.