Вернуться назад Распечатать

Almaniya konsulluğundan bayraq endirildi

1xeber.media xəbər verir ki, Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunun əməkdaşları diplomatik nümayəndəliyin binasından Almaniya və Avropa İttifaqının bayraqlarını endiriblər.

RİA Novosti-nin məlumatına görə, konsulluq əməkdaşları binanın eyvanına çıxaraq bayraqları, daha sonra isə Almaniyaya aid iki gerbi və üzərində yazı olan lövhəni fasaddan götürüblər. Həmçinin binadan əşyaların çıxarıldığı bildirilib.

Baş Konsulluğun fəaliyyətinin sentyabrın 18-dək dayandırılması planlaşdırılır. Nümayəndəliyin bağlanması Rusiya tərəfinin Almaniyanın Leypsiq hava limanında baş verən PUA insidentində Moskvanı əlaqələndirən ittihamlarına cavab olaraq qəbul etdiyi qərarla bağlıdır.

Bundan əvvəl Rusiyada Höte adına mədəniyyət mərkəzləri də bağlanmışdı.