Вернуться назад Распечатать

Mikayıl Cabbarov “Baku ID 2026”nın açılışında iştirak edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində iştirak edib.

1xeber.media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Mikayıl Cabbarov bildirib ki, iki gün davam edəcək festivalın proqramına əsas səhnə çıxışları, panel müzakirələri, startap təqdimatları və şəbəkələşmə sessiyaları daxildir.

Festival çərçivəsində süni intellekt, vençur kapitalı, mələk investisiyaları, maliyyə, səhiyyə, təhsil, yaşıl və əmlak texnologiyaları istiqamətləri üzrə müzakirələr aparılacaq. Tədbirdə texnologiya və biznesin gələcəyini müəyyənləşdirən əsas tendensiyaların nəzərdən keçirilməsi nəzərdə tutulur.