Вернуться назад Распечатать

Rumıniya mediası Xankəndi haqqında nələr yazır?

Rumıniyanın şimal-qərbində yerləşən, 108 mindən çox əhalisi olan, qədim dövrlərdən bəri qızıl və gümüş hasilatı ilə tanınan mühüm mədən mərkəz, tarixi şəhər olan Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma prosedurunun başlanması Rumıniya mediasının baş xəbərinə çevrilib.

1xeber.media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin verdiyi məlumata görə, Rumıniyanın aparıcı media resursları bu hadisəyə geniş yer ayıraraq, iki şəhər arasında qardaşlaşma təşəbbüsünü gündəmin əsas mövzularından biri kimi təqdim ediblər. Mövzu ilə bağlı müxtəlif media platformalarında geniş məqalələr dərc olunub, xəbərlər və paylaşımlar böyük oxucu auditoriyasına təqdim edilib.Rumıniyanın bir sıra rəsmi şəxsləri də sosial media hesablarında Xankəndi ilə Baia Mare arasında qardaşlaşma prosedurunun başlanması barədə məlumatları paylaşaraq, bu təşəbbüsün əhəmiyyətini qeyd ediblər.Yerli media materiallarında iki şəhər arasındakı oxşarlıqlara da diqqət çəkilib. Xankəndi və Baia Mare özünəməxsus tarixi, şəhər mühiti və gözəlliyi ilə seçilən şəhərlər kimi təqdim olunub.
Qardaşlaşma təşəbbüsünün iki şəhər arasında yeni əlaqələrin qurulmasına və qarşılıqlı əməkdaşlığın genişlənməsinə imkan yaradacağı vurğulanıb.
Qeyd edək ki, sentyabrın 17-də Baia Mare şəhərinin meri Ioan Doru Dăncuș və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişinin imzalanmasına dair niyyət protokolu imzalayıblar. Bununla da Baia Mare Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma proseduruna başlayan ilk Avropa şəhəri olub.Niyyət protokolunun imzalanması iki şəhər arasında iqtisadi, investisiya, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.