Вернуться назад Распечатать

Zelenskayanın fonduna zərbə ilə bağlı yeni iddia

1xeber.media xəbər verir ki, hərbi ekspert Anatoli Matviçuk Yelena Zelenskayanın fonduna məxsus anbara endirilən zərbənin təsadüfi olmadığını iddia edib.

Sentyabrın 16-da Kiyevdə Yelena Zelenskayanın fonduna məxsus anbarın Rusiya ordusunun zərbəsi nəticəsində dağıldığı barədə məlumat yayılıb. Ukrayna mediasının yazdığına görə, hadisə zamanı generatorlar, məişət texnikası, noutbuklar, planşetlər, elektron kitablar və tibbi avadanlıqlar yanaraq məhv olub.

Matviçukun sözlərinə görə, zərbənin məqsədi Ukrayna Prezidenti Volodimir Zelenskiyə mənəvi təzyiq göstərmək ola bilər. Ekspert bunu həmçinin Ukrayna rəhbərliyinə xəbərdarlıq kimi qiymətləndirib.

Yelena Zelenskayanın fondunun mətbuat xidməti isə hücum nəticəsində Kiyevdəki anbarın tamamilə dağıldığını açıqlayıb.