1xeber.media xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko Avropanın genişmiqyaslı müharibəyə əvvəlkindən daha yaxın olduğunu bildirib və siyasətçiləri sülhün qorunmasına çalışmağa çağırıb.
Fikonun sözlərinə görə, Almaniyada PUA ilə bağlı baş verən insident NATO-nun kollektiv müdafiə prinsipinin işə salınmasına səbəb ola bilər. Slovakiya hökumətinin rəhbəri ölkəsinin hərbi münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışdığını deyib.
Qeyd edək ki, avqustun 5-də Leypsiq hava limanında əməkdaşlardan biri yük daşımaları üçün nəzərdə tutulan təhlükəsizlik zonasında partlayıcı maddə daşıdığı bildirilən PUA aşkarlayıb. Almaniya hadisəyə görə Rusiyanı məsul tutsa da, konkret sübut təqdim etməyib.
Hadisədən sonra Almaniya Rusiyanın Bonndakı Baş Konsulluğunun bağlanacağını və Berlindəki Rus Evi ilə bağlı müqavilənin ləğv ediləcəyini açıqlayıb. Rusiya isə buna cavab olaraq Höte İnstitutunun fəaliyyət göstərən bölmələrinin bağlanacağını bildirib.