Вернуться назад Распечатать

Rusiya və Qətər vergi əməkdaşlığını genişləndirir

1xeber.media xəbər verir ki, Rusiyanın Federal Vergi Xidməti ilə Qətərin Baş Vergi İdarəsi arasında texniki əməkdaşlıq və qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Sənədə Rusiya Federal Vergi Xidmətinin rəhbəri Daniil Eqorov və Qətərin vergi qurumunun rəhbəri Xəlifə bin Casim əl-Kuvari imza atıblar.

Razılaşma çərçivəsində vergi ödəyicilərinə yönəlmiş yanaşmaların tətbiqi, ödənişlərin toplanması və borcların idarə edilməsinin təkmilləşdirilməsi, gələcək vergi siyasətinin hazırlanması və qanunlara əməl olunmasına nəzarət mexanizmlərinin inkişaf etdirilməsi nəzərdə tutulur.

Tərəflər həmçinin rəqəmsal həllər və idarəetmə təcrübəsi üzrə təcrübə mübadiləsini genişləndirmək barədə razılığa gəliblər. Bunun üçün seminarların keçirilməsi, işçi qruplarının yaradılması, qarşılıqlı səfərlər, məsləhətləşmələr və texniki dəstək planlaşdırılır.

Qeyd edək ki, Rusiya Federal Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin ilk yarısında ölkənin büdcə sisteminə daxilolmalar 31 trilyon rubla çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur.