Вернуться назад Распечатать

Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır

Türkiyə və Azərbaycanın iştirakı ilə keçiriləcək “Birliyin Gücü-2026” təliminə hazırlıq başa çatıb.

1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığı təlimə hazırlıq işlərini tamamlayıb.

Təlim çərçivəsində Türkiyə hərbçiləri sentyabrın 15-də Qars qarnizonundan Azərbaycandakı “Qızılqaya” və “Qarabağlar” təlim sahələrinə yola düşməyə başlayıblar.