2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq.
1xeber.media xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.
Bundan əlavə, 8 və 9 noyabr tarixlərinin həftəsonuna təsadüf etməsi ilə əlaqədar 10 noyabr da beşgünlük iş həftəsində istirahət günüdür. pizza mizza
Belə ki, 8, 9 və 10 noyabr, həmçinin 31 dekabr qeyri-iş günləridir.
Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü və 107 istirahət günü var. 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması isə 1922 saat təşkil edir./Mətbuat.az