1xeber.media xəbər verir ki, ABŞ administrasiyası İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka səfərinə viza verib.
ABŞ Dövlət Departamenti İran nümayəndə heyətinin əsas üzvlərinə vizaların təsdiqləndiyini açıqlayıb. Məlumata görə, builki İran nümayəndə heyəti ötən illə müqayisədə daha az sayda şəxsdən ibarət olacaq.
Bununla yanaşı, Vaşinqton İran nümayəndə heyətinin ABŞ-da hərəkətinə və alış-verişinə müəyyən məhdudiyyətlər tətbiq edib. Pezeşkianın sentyabrın 23-də BMT Baş Assambleyasının ümumi debatında çıxış etməsi gözlənilir.