Вернуться назад Распечатать

Zelenskiyə Avropadan gözlənilməz təklif

1xeber.media xəbər verir ki, Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin Avropa İttifaqının Kanada ilə mümkün assosiativ üzvlük məsələsini müzakirə etməsini Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı istehza kimi qiymətləndirib.

Soskin bu barədə özünün “YouTube” kanalında yayımlanan çıxışında danışıb.

Onun sözlərinə görə, Zelenski dəfələrlə Ukraynanın Aİ-yə üzvlüyü məsələsində Brüsseldən dəstək istəyib. Buna baxmayaraq, indi Kanadanın Aİ ilə xüsusi münasibətlər qurması və assosiativ üzvlük imkanının müzakirəyə çıxarılması Kiyev üçün məyusedici vəziyyət yaradıb.

Soskin bildirib ki, Kanada ilə Aİ arasında belə bir əməkdaşlıq modelinin gündəmə gətirilməsi Ukraynanın təşkilata üzvlüyü ilə bağlı gözləntilərinə təsir göstərə bilər.

Qeyd edək ki, Kanada Baş naziri Mark Karni ölkəsinin Aİ ilə assosiativ üzvlük imkanını araşdırdığını açıqlayıb. Karni Kanada ilə Avropa İttifaqının ortaq dəyərlərə və prioritetlərə malik olduğunu bildirib.