Вернуться назад Распечатать

Rusiya ABŞ və Çini xəbərdar etdi: “Hamı zərər görəcək”

1xeber.media xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfirliyi Moskva, Vaşinqton və Pekin arasında qarşıdurmanın bütün tərəflər üçün mənfi nəticələrə səbəb olacağını bildirib.

Diplomatik nümayəndəlik bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında məlumat yayıb.

Səfirliyin açıqlamasında qeyd olunub ki, üç ölkə arasında qarşıdurmanın dərinləşməsi yalnız Moskva, Pekin və Vaşinqtonu bir-birinə qarşı qoymağa çalışan qüvvələrin maraqlarına uyğundur.

“Lindsi Qremin irsini alqışlayanlar bu barədə düşünməlidirlər”, – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Çin də ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsinə münasibət bildirib. Pekin birtərəfli məhdudlaşdırıcı tədbirlərə qarşı olduğunu və ABŞ-ın Çinin digər ölkələrlə əməkdaşlığına müdaxilə etməməli olduğunu açıqlayıb.