Вернуться назад Распечатать

Pentaqon Avropadan 25 min hərbçi çıxara bilər

1xeber.media xəbər verir ki, Pentaqon ABŞ-ın Avropadakı hərbi kontingentinin azaldılması çərçivəsində təxminən 25 min hərbçinin bölgədən çıxarılmasını nəzərdən keçirir. Bu barədə “NBC News” ABŞ və Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşdirilib. Müzakirə olunan variantın həyata keçirilməsi Amerika qüvvələrinin sayının təxminən üçdə bir azalması demək olacaq.

Məlumata görə, daha böyük ixtisar ssenarisi də nəzərdən keçirilir. Bu halda Avropadan 40 minədək ABŞ hərbçisinin, həmçinin təyyarə, gəmi və silahların çıxarılması mümkün ola bilər. Əsas dəyişikliklərin Almaniya, İtaliya və İspaniyadakı ABŞ qüvvələrinə təsir edəcəyi bildirilir.

Qeyd olunur ki, Pentaqonun Avropadakı hərbi mövcudluğun yenidən qiymətləndirilməsi üzrə altı aylıq araşdırması iyunda başlayıb. Yekun tövsiyələrin noyabrda ABŞ Prezidenti Donald Trampa təqdim edilməsi gözlənilir. Hazırda qoşunların çıxarılması ilə bağlı yekun qərar qəbul edilməyib.