1xeber.media xəbər verir ki, Cənubi Afrikanın Krüger Milli Parkında ehtimal olunan brakonyerin fil sürüsü tərəfindən tapdalanaraq öldürüldüyü güman edilir.
Hadisə sentyabrın 12-də baş verib. Parkın mühafizəçilərinə iki şəxsin qanunsuz şəkildə əraziyə daxil olması barədə məlumat daxil olub. İlkin məlumata görə, onlar fillərlə qarşılaşıb və qaçarkən bir-birindən ayrı düşüblər.
Kişilərdən biri daha sonra evinə qayıdaraq polisə yoldaşının itkin düşdüyünü bildirib. O, qaçarkən həmin şəxsin qışqırıqlarını eşitdiyini də deyib.
Şəxs saxlanıldıqdan sonra mühafizəçiləri hadisənin baş verdiyi əraziyə aparıb. Axtarış zamanı digər şəxsin qalıqları aşkarlanıb. Onun fil sürüsünün hücumundan sonra öldüyü ehtimal edilir.