Medvedev: “Seçkidə iştirak qələbəni yaxınlaşdırır”
1xeber.media xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Dövlət Dumasına seçkilərdə səs verib və seçiciləri səsvermədə iştirak etməyə çağırıb.
Medvedev bildirib ki, seçkidə səs verən hər bir şəxs bununla Rusiyanın “düşmən üzərində qələbəsini yaxınlaşdırır”. Onun bu fikirləri səsvermə məntəqəsindən yayımladığı videoda səsləndirilib.
Rusiyada IX çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilir. Bu, 2022-ci ildə Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra keçirilən ilk parlament seçkisidir.