1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və hökumətin birinci müavini Denis Manturov Dövlət Dumasına keçirilən seçkidə səs veriblər.
Sergey Lavrov IX çağırış Dövlət Dumasına seçkilərdə sentyabrın 18-də elektron səsvermə yolu ilə iştirak edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat yayıb.
Zaxarovanın paylaşdığı fotoda Lavrovun kompüter vasitəsilə distant elektron səsvermədə iştirak etdiyi əks olunub.
Lavrov seçkilərin ölkənin gələcəyi, təhlükəsizliyi və suverenliyi baxımından əhəmiyyətli olduğunu bildirib və vətəndaşları konstitusion hüquqlarından istifadə etməyə çağırıb.
Denis Manturov isə həyat yoldaşı Natalya Manturova ilə birlikdə Moskvadakı seçki məntəqələrindən birində səs verib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasına IX çağırış seçkiləri sentyabrın 18-dən 20-dək keçirilir.