1xeber.media xəbər verir ki, Yaxın Şərqdə davam edən ABŞ-İran münaqişəsi neft bazarında qeyri-müəyyənliyi artırıb.
Bildirilib ki, treyderlər ilk dəfə olaraq münaqişənin necə inkişaf edəcəyini və bunun dəniz ticarətinə hansı təsirləri göstərəcəyini proqnozlaşdırmaqda çətinlik çəkirlər.
ABŞ münaqişə ilə bağlı müttəfiqlərindən dəstək almağa çalışsa da, bu istiqamətdə hələlik istədiyi nəticəni əldə etməyib.
“Guardian”ın məlumatına görə, Cənubi Koreya ABŞ-ın İrana qarşı əməliyyatına dəstək verməkdən imtina edib.
Cənubi Koreya prezidenti Li Ce Myon bildirib ki, ölkə ABŞ və İran arasındakı münaqişəyə cəlb olunmamaq üçün Hörmüz boğazına hərbi qüvvə göndərməyəcək.
O, sentyabrın 18-də keçirilən mətbuat konfransında ölkəsinin “heç bir formada hərbi qüvvə yerləşdirməyəcəyini” açıqlayıb.
Beləliklə, Seulun mövqeyi ABŞ prezidenti Donald Trampın bölgədəki əməliyyata müttəfiqlərin dəstək verməsi ilə bağlı çağırışından fərqlənib.