Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Londonun Kiyevə silah tədarükünü artırması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Sentyabrın 18-də Böyük Britaniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Deyni Dolakiya Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Ona Londonun Kiyev rejiminə PUA-lar və digər silah sistemləri tədarükünü daha da artırması ilə əlaqədar sərt etiraz bildirilib”, - məlumatda deyilib.