1xeber.media xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko xəstələndiyi üçün sentyabrın 18-də Ukraynaya planlaşdırılan səfərini ləğv edib.
Məlumatı Slovakiyanın TASR informasiya agentliyi yayıb.
Agentliyin məlumatına görə, Fikonu Ukraynada keçirilən Karpat İnteqrasiyası Təşəbbüsünün görüşündə Slovakiyanın daxili işlər naziri Matuş Şutay Eştok əvəz edəcək.
Fikonun səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Sergey Koretski ilə görüşməsi planlaşdırılırdı.