Вернуться назад Распечатать

Rusiya Yaponiyaya sərt nota verdi

1xeber.media xəbər verir ki, Rusiya Yaponiya ərazisində ABŞ istehsalı “Typhon” yerüstü raket komplekslərinin yerləşdirilməsinə etiraz edib və Tokioya həmin sistemlərin ölkədən çıxarılması tələbi ilə nota göndərib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, sentyabrın 3-də təqdim olunan etiraz notasına Yaponiyanın ərazisində “Typhon” komplekslərinin istənilən bəhanə ilə yerləşdirilməsinin yolverilməz olduğu bildirilib.

Moskva həmin sistemlərin yerləşdirilmə müddətindən və formasından asılı olmayaraq Yaponiyadan onların çıxarılmasını tələb edib.

Rusiya tərəfi, həmçinin Tokionun İkinci Dünya müharibəsinin nəticələrini, o cümlədən Cənubi Kuril adaları ilə bağlı ərazi məsələlərini tanımasının və “remilitarizasiya kursundan” imtina etməsinin vacibliyini vurğulayıb.

Bildirilib ki, sentyabrın 16-da Rusiya xarici işlər nazirinin müavini Aleksey Rudenko Moskvada Yaponiyanın Rusiyadakı səfiri Akira Muto ilə görüş zamanı nota ilə tanış olmağı və onun məzmununa ciddi yanaşmağı tələb edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov daha əvvəl Yaponiyanın Kuril adaları ərazisində BMT-nin yeni dünya xəritəsinin dəyişdirilməsi ilə bağlı tələbini “cəfəngiyyat” adlandırmışdı.