Вернуться назад Распечатать

Almaniya ilk F-35A qırıcısını aldı

1xeber.media xəbər verir ki, Almaniya ABŞ-ın “Lockheed Martin” şirkətindən ilk F-35A qırıcısını təhvil alıb.

Təyyarənin təqdimatı ABŞ-ın Texas ştatının Fort-Uort şəhərində keçirilib. Mərasimdə çıxış edən Almaniyanın müdafiə naziri Boris Pistorius F-35A-nın alınmasını müdafiə edib.

Nazirin sözlərinə görə, bu təyyarə NATO-nun nüvə silahlarının birgə istifadəsi çərçivəsində ABŞ-a məxsus nüvə bombalarını daşıya bilən yeganə platformadır. Almaniyanın isə beynəlxalq müqavilələrə əsasən öz nüvə silahına sahib olması qadağandır.

Berlin ümumilikdə 35 ədəd F-35A almağı planlaşdırır. Müqavilənin dəyərinin təxminən 10 milyard avro olduğu bildirilir. Qərar 2022-ci ildə, Olaf Şoltsun kanslerliyi dövründə qəbul edilib.

İlk təyyarənin təhvil verilməsi Almaniya ilə ABŞ arasında münasibətlərin müzakirə olunduğu bir vaxta təsadüf edib. Kansler Fridrix Merts sentyabrın 17-də ABŞ və Avropa arasında İkinci Dünya müharibəsindən sonra formalaşan “şərtsiz” münasibətlər dövrünün başa çatdığını bildirib.