Вернуться назад Распечатать

NATO-dan Britaniyaya sərt xəbərdarlıq: “Fəlakətə aparır”

1xeber.media xəbər verir ki, Britaniyanın hərbçilərin təlimlərinə ayrılan vəsaiti 30 milyon funt sterlinq azaltmaq qərarı NATO daxilində ciddi narahatlıq yaradıb.

NATO-nun yüksək rütbəli hərbçiləri bu addımın həm Böyük Britaniyanın, həm də alyansın müdafiə qabiliyyətinə mənfi təsir göstərə biləcəyini bildiriblər.

Fransanın 1-ci Ordu Korpusunun komandiri general-leytenant Benoit Desmoulins təlimlərə qənaət edilməsini tənqid edib. O bildirib ki, hərbi hazırlığın zəifləməsi qoşunların mümkün döyüş vəziyyətinə dərhal hazır olmasına mane ola bilər.

Generalın sözlərinə görə, lazımi hazırlıq və avadanlığın olmaması ciddi təhlükələr yarada bilər.

NATO-nun digər yüksək rütbəli hərbçisi isə bildirib ki, maliyyələşmənin azaldılması təkcə Britaniyanın deyil, bütün alyansın müdafiə qabiliyyətinə mənfi təsir göstərə bilər.