1xeber.media xəbər verir ki, Macarıstan 2027-ci ilin oktyabrına qədər Rusiyadan qaz idxalını dayandırmağa hazır olduğunu açıqlayıb.
Ölkənin iqtisadiyyat və energetika naziri İştvan Kapitan bildirib ki, bu müddət Avropa İttifaqının müəyyən etdiyi qrafikə uyğundur.
Nazirin sözlərinə görə, hazırda Rusiya qazından imtina ilə bağlı qonşu ölkələr və mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçüləri ilə fəal danışıqlar aparılır.
Kapitan qeyd edib ki, Macarıstana alternativ mənbələrdən qaz çatdırılması üçün zəruri infrastruktur artıq mövcuddur.