
1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Dövlət Dumasına seçkilərdə onlayn səsverməsi zamanı istifadə etdiyi kompüterlə bağlı diqqətçəkən detal üzə çıxıb.
Sosial şəbəkə istifadəçiləri videoda Putinin səs verdiyi kompüterin ekranında Windows əməliyyat sisteminin aktivləşdirilmədiyini göstərən bildirişin olduğunu qeyd ediblər.
Kadrlarda ekranın sağ aşağı hissəsində müvafiq yazının göründüyü bildirilir.
Qeyd edək ki, Putin sentyabrın 18-də Dövlət Dumasına seçkilərdə məsafədən elektron səsvermə yolu ilə iştirak edib. Rusiya Prezidenti səsvermə zamanı bir neçə dəfə kompüter siçanına klikləyərək seçimini edib.
Rusiyada vahid səsvermə günü sentyabrın 18-də başlayıb və sentyabrın 20-dək davam edəcək. Bu müddətdə Dövlət Dumasının IX çağırışına deputat seçkiləri keçirilir.