Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Asiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin üzvləri ilə görüş keçirib.
1xeber.media xəbər verir ki,görüş zamanı Azərbaycanda suvarma və içməli su infrastrukturunun yenidən qurulması, su ehtiyatlarından səmərəli və dayanıqlı istifadə, eləcə də alternativ su mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.