Вернуться назад Распечатать

Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər mü

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, eləcə də rayonda yaradılmış qərargah üzvləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Sabirabad rayonunda görülən işlərlə yerində tanış olmaq məqsədilə iri fermer təsərrüfatlarına və sahibkarlıq subyeklərinə baxış keçiriblər.

1xeber.media xəbər verir ki,səfər çərçivəsində "Fructus Aqropark" MMC, "Red Paradise" MMC, “ZİYA KFT” MMC, "QOÇ ƏT" Kəndli MMC, "RUZİ AGRO" MMC, "AZERA TOXUMÇULUQ" MMC, "Aran Agro" MMC, “EGG Natura Quşçuluq Şirkəti” MMC, “APEKS-Agro” MMC, “Taşobası” MMC və digər fermer təsərrüfatlarının fəaliyyəti ilə tanış olmuşlar.
Səfər zamanı kənd təsərrüfatının inkişafı, mövcud istehsal imkanlarından səmərəli istifadə, məhsuldarlığın artırılması və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparılıb. Fermer və sahibkarlar dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirərək, aqrar sahənin inkişafına töhfə vermək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
İri fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirdikdən sonra Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və Qərargah üzvlərinin iştirakı iştirakı ilə görüş də keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə müəyyənləşdirilən vəzifələr, Dövlət Proqramının rayonda icra vəziyyəti və növbəti mərhələdə görüləcək işlər müzakirə olunub.
İclasda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək Dövlət Proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları barədə ətraflı məlumat vermiş və qeyd olunmuşdur ki, Dövlət Proqramının uğurlu icrası üçün hər bir aidiyyatı təşkilatlar öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, qarşıya qoyulan hədəflərin icrasına nəzarəti gücləndirilməli, görülən işlər üzrə mütəmadi monitorinq aparılmalı və nəticələr təhlil edilməlidir.
Daha sonra fermer və sahibkarların təklifləri dinlənilib, qarşılaşdıqları çətinliklər müzakirə olunub və növbəti dövr üçün hədəflər müəyyənləşdirilib. Bildirilib ki, Dövlət Proqramının icrası çərçivəsində Sabirabad rayonunda 34 sahibkarlıq subyekti üzrə 41 təşəbbüs müəyyənləşdirilib və həmin təşəbbüslərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qurumlara tapşırıqlar verilib.