Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclası 2026-cı ilin dekabrında Kişineuda keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda Moldovanın Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, birgə hökumətlərarası komissiya iki ölkə arasında iqtisadi və humanitar qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayır və bu istiqamətdə birgə təşəbbüslərin səmərəli şəkildə həyata keçirilməsini dəstəkləyir.
Nazir xatırladıb ki, bu günə qədər ümumilikdə Komissiyanın altı iclası keçirilib, sonuncusu isə 2025-ci ildə Bakıda baş tutub.
"Qarşıdan gələn 7-ci iclasın bu ilin dekabrında Kişineuda keçirilməsi planlaşdırılır. Komissiya sessiyalarının təşkili zamanı müntəzəm çağırılma və nəticəyönümlülük, habelə birgə tədbirlərin operativ və səmərəli icrası münasibətlərimizin daha da səmərəli inkişafına töhfə verəcək", - M. Məmmədov vurğulayıb.