Вернуться назад Распечатать

Tramp-Zelenski görüşü baş tutmaya bilər

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşü hələlik təsdiqlənməyib.

Ukraynanın yüksək vəzifəli iki rəsmisi “İctimaiyyət. Xəbərlər”ə bildiriblər ki, sentyabrın 19-na olan məlumata görə, iki lider arasında görüş barədə rəsmi razılaşma yoxdur.

Bundan başqa, Zelenskinin Trampın Nyu-York səfəri zamanı ikitərəfli danışıqlar aparmağı planlaşdırdığı dünya liderlərinin ilkin siyahısında yer almadığı bildirilir.

Qeyd edək ki, Ukraynanın ABŞ-dakı müvəqqəti işlər vəkili Denis Senik daha əvvəl Tramp və Zelenskinin BMT Baş Assambleyası çərçivəsində görüşə biləcəyini açıqlamışdı. Diplomat Kiyevin atəşkəsin əldə olunması ilə bağlı müxtəlif formatlarda danışıqlara hazır olduğunu bildirmişdi.