Вернуться назад Распечатать

Macarıstan Avropanın ən böyük yol müqaviləsini ləğv edir

1xeber.media xəbər verir ki, Macarıstan hökuməti keçmiş Baş nazir Viktor Orbanın dövründə imzalanmış 73 milyard avroluq yol konsessiyası müqaviləsini ləğv etməyə hazırlaşır.

Bu barədə ölkənin Baş naziri Peter Madyar açıqlama verib.

Onun sözlərinə görə, mövcud formada müqavilənin qüvvədə qalması mümkün deyil və hökumət dövlət vəsaitlərinin müəyyən biznes dairələrinin maraqlarına xidmət etməsinə imkan verməyəcək.

Söhbət 2022-ci ildə imzalanmış və 35 illik dövrü əhatə edən sazişdən gedir. Müqaviləyə əsasən, ölkənin əsas avtomagistrallarının idarə olunması MKIF (Magyar Koncesszios Infrastruktura Fejleszto) şirkətinə həvalə edilmişdi.

Macarıstanın nəqliyyat və investisiyalar naziri David Vitezi bildirib ki, bu müqavilə ölkə tarixində ən böyük dövlət satınalma layihəsi hesab olunur.