1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynanın hərbi məqsədlərlə istifadə etdiyi logistika mərkəzlərinə, infrastruktura və limanlara zərbələr endirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, Kiyev vilayətinin Kopılov yaşayış məntəqəsində yerləşən “Kopılov Logistika Park” gömrük-logistika mərkəzi də hədəfə alınıb.
Rusiya tərəfi iddia edir ki, həmin obyekt Avropadan Ukraynaya göndərilən hərbi yüklərin saxlanılması və paylanması üçün istifadə olunurdu.
Məlumata görə, Kopılov logistika mərkəzi Kiyevdən təxminən 41 kilometr qərbdə yerləşir.