1xeber.media xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli danışıqlar raundunun hazırlığı ilə bağlı açıqlama verib.
Diplomat bildirib ki, hazırda növbəti görüşün hazırlığı ilə bağlı konkret detallar müzakirə olunmur. Bununla belə, Ryabkov raundlar arasındakı fasilənin uzun çəkməyəcəyinə əmin olduğunu deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukraynanın danışıqların bərpasına mane olduğunu bildirmişdi. Kremlin sözçüsü Dmitri Peskov isə Putinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlardakı mövqeyinin dəyişmədiyini açıqlamışdı.