Вернуться назад Распечатать

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Zeynəb Zamanova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinin müdiri təyin olunub.

1xeber.media İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentlik sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Z.Zamanova 2022-ci ildə Agentliyin komandasına qoşulub. O, həmin tarixdən yeni təyinatadək şöbədə aparıcı, böyük və baş məsləhətçi vəzifələrində çalışıb.