1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Donetsk, Zaporojye və Xarkov vilayətlərində beş yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Nazirliyin məlumatına görə, “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasında Maryevka və Qulevo yaşayış məntəqələrini “azad edib”.
“Vostok” qoşun qruplaşmasının Zaporojye vilayətindəki Zelyonaya Dibrova yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiyi bildirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin “Sever” qoşun qruplaşmasının Xarkov vilayətində Loşakovo və Komissarovo yaşayış məntəqələrini nəzarətə götürdüyünü açıqlayıb.
Məlumata görə, Xarkov vilayətində Buzovo yaşayış məntəqəsinin ələ keçirilməsi uğrunda döyüşlər davam edir. Nazirlik həmçinin bölgədə Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasının canlı qüvvə və texnikasına zərbələr endirildiyini bildirib.