Вернуться назад Распечатать

İranla müharibə ABŞ büdcəsinə 45 milyard dollardan çox zərbə vurub

İrana qarşı müharibə ABŞ büdcəsinə təxminən 45,1 milyard dollara başa gəlib.

1xeber.media CNN telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqonun Konqresə təqdim etdiyi məlumatda qeyd olunub. 

Məlumata görə, 3 sentyabr tarixinə olan xərclər 43,6 milyard dollar təşkil edib, daha 1,5 milyard dollar isə əlavə yanacaq xərclərinə sərf olunub. Xərclərin böyük hissəsini sursatlara çəkilən xərclər təşkil edib. 

Lakin Pentaqonun qiymətləndirməsi müharibənin tam dəyərini əks etdirmir. Belə ki, bu qiymətləndirməyə zərər görmüş hərbi bazaların və digər obyektlərin təmirinə çəkilən xərclər daxil olunmayıb. Bundan əlavə, Pentaqon Konqresə hərbi əməliyyatların dolayı xərclərinin ətraflı qiymətləndirməsini təqdim etməyib.

Konqresin Büdcə İdarəsi isə xəbərdarlıq edib ki, müharibənin davam etməsi 2027-ci ilin birinci rübündə ABŞ-də inflyasiyanı artıra bilər.