Вернуться назад Распечатать

Somali quldurları yenidən fəallaşdı: 2013-cü ildən bəri rekord

1xeber.media xəbər verir ki, Somali sahillərində dəniz quldurluğu halları 2013-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Bu barədə “İnterfaks” Belçikanın RTBF telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, quldurluğun artmasına Somalidəki daxili böhran, dəniz nəzarətinin zəifləməsi və İranla ABŞ arasında qarşıdurmanın kəskinləşməsi də təsir göstərib.

Yazıda bildirilir ki, Fars körfəzində baş verən hadisələr beynəlxalq donanmanın diqqətini Hörmüz boğazı və Qırmızı dənizə yönəldib. Nəticədə Somali sahillərində patrul xidmətinin zəifləməsi quldurlar üçün yeni imkanlar yaradıb.

Eyni zamanda beynəlxalq dəniz daşımalarının azalması və neft qiymətlərinin yüksəlməsi də quldurların fəaliyyətinə marağı artırıb.

“Politico” daha əvvəl yazmışdı ki, Somali quldurları son aylarda Afrika sahillərində ticarət gəmilərinə hücumları intensivləşdirib. Məlumata görə, ən azı üç neft və gübrə daşıyan tanker ələ keçirilib, ekipaj üzvləri isə girov saxlanılıb.