Вернуться назад Распечатать

Zaxarovadan Kallasın seçki çağırışına sərt cavab

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyada keçirilən Dövlət Duması seçkilərinin nəticələrini tanımamaq çağırışına münasibət bildirib.

Zaxarova RİA Novosti-yə açıqlamasında Kallasın mövqeyini tənqid edərək, “Aİ ölkələrində artıq çoxdan Kallası tanımırlar” deyib.

Bundan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kallasın Aİ ölkələrinə Rusiya parlament seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı göstəriş göndərdiyini açıqlamışdı.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına IX çağırış deputatlarının seçkiləri sentyabrın 18-də başlayıb. Üç gün davam edən səsvermə sentyabrın 20-də başa çatacaq.