Вернуться назад Распечатать

Putin Cənubi Osetiyanın yeni prezidentini təbrik etdi

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Marat Kambolovu Cənubi Osetiyanın prezidenti seçilməsi münasibətilə təbrik edib.

Putin təbrik məktubunda Kambolovun seçkidə inamlı qələbəsinin Cənubi Osetiya vətəndaşlarının ona yüksək etimadını göstərdiyini bildirib.

Rusiya lideri Moskva ilə Sxinval arasında münasibətlərin dostluq və müttəfiqlik xarakteri daşıdığını vurğulayıb. O, Kambolovun prezidentlik fəaliyyətinin iki tərəf arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Putin yeni prezidentə fəaliyyətində uğurlar, möhkəm cansağlığı və rifah arzulayıb.