1xeber.media xəbər verir ki, Latviya Prezidenti Edqars Rinkeviçs Avropanın pilotsuz uçuş texnologiyalarının sürətli inkişafına uyğunlaşmaqda çətinlik çəkdiyini bildirib.
Rinkeviçs sentyabrın 18-də “The Guardian” qəzetinə müsahibəsində Avropanın müasir hərbi əməliyyatların tələblərinə uyğunlaşmaq baxımından geri qaldığını deyib.
Latviya liderinin sözlərinə görə, müdafiə infrastrukturunun bir sıra əsas sahələrində ciddi boşluqlar mövcuddur. Onun fikrincə, problem ayrı-ayrı ölkələrlə məhdudlaşmır və NATO-nun ümumi müdafiə imkanlarına da aiddir.
Rinkeviçs xüsusilə hava və raket hücumundan müdafiə sistemləri, eləcə də pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələrində çatışmazlıqların olduğunu vurğulayıb.
O bildirib ki, bu problemlərlə həm Ukrayna, həm Avropa ölkələri, həm də NATO qarşılaşır.