1xeber.media xəbər verir ki, İran ABŞ-a müharibənin dayandırılması və danışıqların bərpası ilə bağlı şərtlərini çatdırıb.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehranın şərtləri Qətər vasitəçiləri üzərindən Vaşinqtona təqdim edilib və İran Prezidenti Donald Trampın cavabını gözləyir.
Rzayinin sözlərinə görə, İranın əsas tələbləri bütün cəbhələrdə müharibənin dayandırılması, ölkənin dondurulmuş aktivlərinin açılması və dəniz blokadasının aradan qaldırılmasıdır.
İran rəsmisi həmçinin bildirib ki, Tehran Qətər və Pakistan vasitəçiləri ilə məsləhətləşmələri davam etdirir. Hazırda əsas gözlənti ABŞ tərəfinin cavabıdır.