Вернуться назад Распечатать

Əhaliyə MÜHARİBƏ XƏBƏRADRLIĞI - Konserv və su ehtiyatı toplayın

Böyük Britaniya hökuməti uzun illər ərzində ilk dəfə olaraq irimiqyaslı münaqişə baş verəcəyi təqdirdə milli fəaliyyət planını yeniləyib.

1xeber.media  xəbər veir ki, bu barədə BBC məlumat yayıb.

Sənəddə qeyd olunub ki, bu vəziyyətdə britaniyalılara konserv və su ehtiyatı toplamaq lazımdır.

Bunu da oxuBöyük Britaniya silahlı qüvvələrinin komandanı Riçard Nayton qeyd edib ki, Rusiyanın tərəfindən gələn təhlükə ilə əlaqədar ölkə onun xidmət etdiyi son 35 ildə ən təhlükəli vəziyyətdədir.

Bundan əvvəl Polşanın Baş naziri Donald Tusk Rusiyanın NATO-ya hücum etməsi riski barədə xəbərdarlıq edib.

O bildirib ki, Moskva alyansa üzv dövlətlərə hücum etməklə Ukraynanın iqtisadiyyatını və logistika imkanlarını zəiflətməyə, eləcə də NATO-nun əzmkarlığını zəiflətməyə çalışır. Tusk bunu ən ehtimal olunan ssenari kimi səciyyələndirib.